Mercedes-Benz V-Class Zərif minivan

Ailələr və qruplar üçün Mercedes V-Class geniş salonu və rahat oturacaqları ilə həm ailəvi, həm də işgüzar məqsədlər üçün uyğundur. Arxa oturacaqlarda qarşılıqlı oturma imkanı, səssiz sürüş ilə yol boyu işinizi və istirahətinizi rahat şəkildə davam etdirin.

  • Premium avtomobil parkı

  • Peşəkar sürücü xidməti

  • Eksklüziv təcrübə və məxfilik

Fotoşəkillər
Xidmətlərimiz:
  • 1. Aeroport transferləri

    Müştərinin qarşılanması və yola salınması üçün aeroportdan şəhərdaxili və şəhərlərarası ünvana təhlükəsiz, vaxtında çatdırılma xidməti göstərilir.

  • 2. Şəhərdaxili sürücü xidməti

    İşgüzar görüşlər, rəsmi tədbirlər və gündəlik ehtiyaclar üçün premium səviyyəli şəhərdaxili nəqliyyat təmin edilir.

  • 3. Şəhərlərarası səfərlər

    Müştərinin istəyinə uyğun olaraq ölkədaxili digər şəhərlərə rahat və təhlükəsiz VIP səfər həyata keçirilir.

  • 4. İşgüzar və diplomatik xidmətlər

    Yüksək səviyyəli görüşlər, protokol tədbirləri və dövlət əhəmiyyətli qəbul mərasimləri üçün xüsusi nəqliyyat xidməti göstərilir.

  • 5. Tədbirlər

    Toy, yubiley və digər xüsusi mərasimlərdə lüks avtomobil və şofer xidməti ilə müştərilərin rahatlığı təmin olunur.

  • 6. İcarə şərtləri
    1. Xidmətin təqdim olunma forması

    VIP avtomobillər yalnız şirkətimizin təyin etdiyi peşəkar sürücülər vasitəsilə təqdim olunur. Sürücüsüz icarə mümkün deyil.

    2. İstifadəçi tələbləri

    Xidmətdən istifadə edən müştərinin yaşı minimum 21 olmalıdır və sifariş zamanı şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

    3. Rezervasiya və icra
    • Sifariş ən azı 24 saat əvvəl edilməlidir.

    • Minimum sifariş müddəti 3 saatdır.

    4. Qiymət və ödəniş qaydaları

    İcarə qiymətinə aşağıdakılar daxildir:

    • Avtomobilin istifadəsi

    • Sürücü xidməti

    • Yanacaq

    • Tam sığorta

    Ödəniş nağd, bank kartı və ya köçürmə ilə mümkündür.

    5. Sifarişin ləğvi
    • Ləğv xidmət başlamazdan ən azı 12 saat əvvəl edilməlidir.

    • Gecikən ləğvlərdə şirkət xidmət haqqını saxlamaq hüququna malikdir.

    6. Məsuliyyət və sığorta

    Avtomobil tam sığortalıdır. Lakin müştəri və sərnişinlərin hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi sığorta qaydalarına uyğun olaraq müştərinin məsuliyyətindədir.

    7. Şirkətin hüquqları

    Müştərinin davranış qaydalarını pozması və ya avtomobildən təyinatdan kənar istifadə hallarında şirkət xidməti birtərəfli qaydada dayandırmaq hüququna malikdir.

Avtomobilinizi icarə edin
İcarə ilə maraqlanırsınız?

Tərəddüd etmədən bizimlə əlaqə saxlayın və istədiyiniz avtomobili sürətli şəkildə sifariş edin.